Sumqayıtda fəaliyyət göstərən restoranın havanı çirkləndirməsi müəyyən edilib. Sumqayıt24 bu haqda 6 iyul tarixində Apa.az-a istinadən xəbər verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən iaşə obyektlərində monitorinqlər aparılıb. Nəticədə, şəhərimizdə yerləşən “Yaşıl Bağ” restoranından havaya normadan artıq tullantının atılması, atmosferin kanserogen maddələrlə çirkləndirilməsi məlum olub.
Faktla bağlı sözügedən obyektin istismarçısı barəsində protokol tərtib olunaraq cərimə tətbiq edilib.