Sumqayıtdan keçən su kanalında antisanitar vəziyyət hökm sürür. Sumqayıt24-ə bu barədə yerli sakinlər xəbər verib.
Söhbət uzunluğu 183 km olan Samur-Abşeron kanalından gedir. Belə ki, kanalın Yaşıldərə yaşayış massivindən keçən hissəsi lillənib və tullantılarla doludur. Bu səbəbdən ətrafa xoşagəlməz qoxu və xəstəliklər yayılır.