Sumqayıtın Yaşma yaşayış massivi ərazisində qəza baş verib. Sumqayıt24
bu haqda bu gün, 20 iyul tarixində Xeberle.com-a istinadən xəbər verir.
Hadisə Bakı-Quba avtomobil yolunun Yaşma massivi ərazisindən keçən
hissəsində qeydə alınıb. Idarəetməni itirən "Mercedes" markalı avtomobil
aşıb. Qəzada 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar
xəstəxanaya yerləşdiriliblər.
Araşdırma aparılır.