Sumqayıtda yazıçı Elçin Əzimlinin imza günü keçiriləcək. Bu haqda bu gün, 20 iyul tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, “Libraff” Kitab Evində biznes-kouç və təlimçi ilə görüş baş tutacaq. Elçin Əzimli ilə tanış olmaq, onun "Dan ulduzu" romanını əldə edib imzalatmaq mümkün olacaq.
Görüş 23 iyul saat 17:00-da başlayacaq. Tədbirdə iştirak sərbəstdir.
Ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi 176B (Mərkəz Plazaya yaxın)