N. Tusi adına 12 nömrəli tam orta məktəbdə uşaq yazıçısı, publisist Gülzar İbrahimova ilə görüş keçirilib. Bu haqda 16 mart tarixində Sumqayıt24 “Mədəniyyət Xəbərləri”nə istinadən xəbər verir.
“Gülzar nəənin sehrli dünyası” adlı tədbir skripkaçı şagirdlərin ifası ilə başlayıb. Çıxış edən məktəbin direktoru Reyhan Baxşıyeva uşaqların inkişafında söz, sənət nümayəndələri ilə görüşlərin əhəmiyyətini qeyd edib. O, yazıçı və şairə xanıma yaradıcılıq uğurları arzu edib.
Məktəbin 4b sinif şagirdləri Gülzar İbrahimovanın ulu öndərə, anaya, doğma dilimizə, Vətənə, şanlı zəfərimizə həsr etdiyi şeirlərini söyləyib, hekayə və nağılları əsasında qurduqları səhnəcikləri həvəslə təqdim edib, sülh haqqında bədii kompozisiya ifa edib, rəngarəng rəqs nömrələri ilə çıxışlarını başa vurublar.
Sonda yazıçı tədbirdə iştirak edən bütün məktəblilərə müəllifi olduğu kitablarından
hədiyyə edib.