M.Ə. Rəsulzadə adına kitabxana filialında tədbir keçirilib. Sumqayıt24 bu barədə 22 noyabr tarixində Sumqayıt MKS-yə istinadən xəbər verir.
Tədbir 15 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə ərsəyə gəlib. Kitabxana mütəxəssisi Şərəf Əliyeva iştirakçılara yazıçı Hüseyn Abbaszadənin yaradıсılığından bəhs edib. Diqqətə çatdırılıb ki, “Burulğanlar” romanına görə yazıçı Respublika Dövlət mükafatına layiq görülüb. Yazıçının məşhur “General” romanı Moskva və Sankt-Peterburq nəşriyyatlarında əlli min, yüz min tirajla çap olunub.
Sonda tədbir iştirakçıları sərgidə nümayiş olunan kitablarla tanış olublar.