Sumqayıtda yazıçı-publisist Eyruz Məmmədovun “EPİ” romanının təqdimat mərasimi keçirilib. Bu haqda Azərbaycan Yazıçılar Birliyinin (AYB) şəhər Bölməsinin Facebook səhifəsinə istinadən xəbər veririk.
Təqdimatı AYB və Nizami Gəncəvi adına kitabxana-klubu birgə təşkil ediblər. Burada Birliyin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, kitabxananın müdiri Ülviyyə Quliyeva oxuculara adıçəkilən roman haqqında məlumat veriblər.
Yazıçının qələm dostları - Əməkdar jurnalist Rafiq Oday, yazıçı Arif Ərşad, şairlər Asif Asiman, Xəqani Abbasəli Öztürk, Müqəddəs Şahbazov, S.Vurğun adına kitabxananın müdiri, Əməkdar mədəniyyət işçisi Yeganə Əhmədova əsərin məziyyətlərindən danışıblar.
Sonda isə Eyruz Məmmədov oxucuları maraqlandıran suallara cavab ve