Sumqayıt gəncləri yazıçı Varis Yolçuyev ilə görüşüblər. Sumqayıt24 bu haqda bu gün, 20 iyun tarixində Gənclər Klubuna istinadən xəbər verir.
Görüş zamanı yazıçı ilk romanının çap olunmasından, digər dövlətlərdə qazandığı uğurlarından söhbət açıb. O, kitablarının oxucuları tərəfindən necə sevilərək oxunmasını rəğbətlə qarşılayıb. Sonra Yolçuyev gənclərin suallarına cavab verib. Görüşün sonunda sevilən yazıçı oxucuları ilə xatirə şəkli çəkdirib.
Tədbir Sumqayıt Gənclər Klubu və D&B Kitablı kafenin birgə təşkilatçılığı ilə keçirilib.