Sumqayıtda yeni məktəbin kollecə çevrilməsi barədə “söz-söhbət” gəzir. Sumqayıt24-ə bununla bağlı çox sayda müraciət daxil olur.
Müraciət edənlərin sözlərinə görə, 2021-ci ildə açılan 20 nömrəli məktəb bundan sonra musiqi kolleci kimi fəaliyyət göstərəcək. Hazırda təhsil ocağınının müəllim heyəti formalaşıb və burada 300-ə yaxın şagird oxuyur.
Abşeron-Xızı Təhsil İdərəsindən əldə olunan məlumata əsasən, bu yalnız şayiədir. Təhsil ocağı məktəb kimi fəaliyyət göstərməyə davam edəcək.