Sumqayıtda yeni “ASAN xidmət” mərkəzinin tikintisi yekunlaşmaq üzrədir. Bu haqda Sumqayıt24-ə bu gün, 22 mart tarixində məlumat daxil olub.
Mərkəz dənizkənarı bulvar ərazisində yerləşir. Orada 1 ilə yaxındır ki tikinti işləri aparılır. “ASAN xidmət” mərkəzinin önündə uşaqların əylənməsi üçün meydança qurulub, həmçinin bura yeni idman alətləri də gətirilib. [modula id="11942"]