Sumqayıtda yerləşən 2 saylı Sumqayıt regional “ASAN Xidmət” Mərkəzində təhsil xidmətləri təqdim olunmağa başlanılıb. Sumqayıt24 bu barədə 5 avqust tarixində Edu.gov.az-a istinadən xəbər verir.
Ötən ay fəaliyyətə başlayan mərkəzdə təqdim olunan yeni xidmətlər:
- Cari təhsil alanlar üçün elektron təhsil arayışları;
- Şagirdlərin elektron yerdəyişməsi;
- Təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidməti;
- Təhsil tələbə kreditinə elektron müraciət (qeydiyyat);
- Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat;
- Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu (qeydiyyat).
Qeyd edək ki, bundan əvvəl sözügedən xidmətlər yalnız Bakıda yerləşən 5 və 7 saylı “ASAN Xidmət” mərkəzlərində göstərilirdi.