Bakı-Sumqayıt dəmir yolu marşrutuna yeni qatarlar əlavə olunacaq. Sumqayıt24 bu haqda 13 dekabr tarixində Xəzər Xəbər-ə istinadən xəbər verir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov bildirib ki, 10 yeni sərnişin qatarının alınmasına dair müqavilə bağlanıb. Onların gətirilməsinə 2023-cü ilin sonunda başlanacaq və bir hissəsi Bakı-Sumqayıt xəttində istifadə ediləcək.