Sumqayıt şəhərində genişmiqyaslı təmizlik işləri həyata keçirilib. Sumqayıt24 bu barədə 11 avqust tarixində DünyaTV-yə istinadən xəbər verir.
İməcilik işləri Sumqayıt bələdiyyəsi tərəfindən Yeni yaşayış massivində aparılıb. Ətraf küçələr xüsusi texnika vasitəsilə məişət tullantılarından təmizlənib. Sonda əhali ilə məlumat xarakterli söhbətlər aparılıb.