Sumqayıtda “Əbədiyaşar lider” adlı bədii qiraət müsabiqəsi baş tutub. Bu barədə 13 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Gənclər və İdman Baş İdarəsi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin keçirdiyi müsabiqə ulu öndər Heydər Əliyevə həsr olunub. Yeniyetmə və gənclər kitabxananın oxu zalında Heydər Əliyev haqqında yazılan şeirləri səsləndiriblər.
Münsiflər heyətinin qərarı ilə Nərgiz Əkbərli 1-ci, Leyla Bayramlı 2-ci, Humay Səfərli isə 3-cü yerlərə layiq görülüblər. Onlara baş idarənin fəxri fərman və hədiyyələri təqdim edilib.