Sumqayıtda yeniyetmələr üçün tematik yay düşərgəsi təşkil olunub. Sumqayıt24 bu haqda 1 avqust tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Düşərgədə müxtəlif müsabiqə və yarış qalibləri, istedadlı, yaradıcı, o cümlədən xüsusi qayğıya ehtiyacı olan 10-16 yaşlı yeniyetmə və gənclər iştirak ediblər. Proqram çərçivəsində "Şuşa, sən azadsan!" adlı sənədli film nümayişi, müharibə qazisi Anar Şəfiyevlə görüş keçirilmiş, üzgüçülük, futbol, boulinq idman növləri üzrə həvəskar yarışlar, ekskursiyalar, seminarlar, əyləncəli oyunlar təşkil edilmişdir.