Sumqayıtda avtomobil yaşlı kişini vuraraq öldürüb. Sumqayıt24 bu haqda bu gün, 13 iyun tarixində Xeberle.com-a istinadən xəbər verir.
Hadisə Üzeyir Hacıbəyov küçəsi, 12-ci mikrorayon ərazisində baş verib. “Lada Priora” markalı avtomobil yol kənarı ilə gedən 62 yaşlı Qorxmaz Qurbanovu vurub. Piyada aldığı ağır bədən xəsarətlərindən yerindəcə keçinib.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinə təhvil verilib. Sürücü məsuliyyətə cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.