Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb. Sumqayıt24 bu barədə 31 avqust tarixində Xeberle.com-a istinadən xəbər verir.
Hadisə şəhərin Heydər Əliyev prospekti ilə Ağa Quliyev küçəsinin kəsişməsində baş verib. Yolu keçmək istəyən piyadanı maşın vurub. Zərərçəkən açıq kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.