Bakı-Sumqayıt magistralında iritonnajlı maşın qəzaya uğrayıb. Sumqayıt24 bu haqda 6 avqust tarixində BakuTV-yə istinadən xəbər verir.
Yayılan videogörüntülərdə göründüyü kimi, sözügedən yük maşını paytaxt istiqmətində hərəkətdə idi. Hələlik açıqlanmayan səbəblərdən o, yolayrıcında olan dəmir-beton maneəyə çırpılıb. Hadisə nəticəsində yolda uzun tıxac yaranıb.