Novxanı yolunda qəza törədən Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə prosesi uzadılıb. Bu haqda Trend xəbər yayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmişlər Kəlbəliyevdən şikayətçi olmadıqlarını bildirib və bu barədə məhkəməyə ərizə təqdim ediblər. Bu səbəbdən təqsirləndirilən şəxsin növbəti məhkəmə prosesi dekabrın 10-na təyin edildi.
Xatırladaq ki, "Əlincə" futbol klubunun prezidenti olan Elşad 14 iyun tarixində törətdiyi qəza ilə 4 nəfərin ölümünə səbəb olmuşdur.