Sumqayıtda "Səsin gəlsin, Xarı Bülbül" adlı konsert proqramı keçirilib. Sumqayıt24 bu barədə 5 noyabr tarixində şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Zəfər Gününə həsr edilmiş konsert Muğam Mərkəzində baş tutub. Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Çıxış edən icra başçısı Zakir Fərəcov Vətən müharibəsində əldə olunmuş şanlı qələbədən bəhs edib. O, Azərbaycan xalqının öz qəhrəmanları ilə daim fəxr etdiyini vurğulayıb.
Şəhid ailələri və qazilər, İH-nin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, ictimai fəal gənclər və media nümayəndələrin də iştirak etdiyi tədbirdə Sumqayıt Musiqi Kollecinin müəllim və tələbə kollektivinin ifasında səsləndirilən musiqi parçaları könülləri oxşayıb, tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.