2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində III Qanvermə aksiyası keçiriləcək. Bu haqda 27 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq təşkil olunan aksiya 6 saylı Bakı "ASAN xidmət" mərkəzi könüllülərinin təşəbbüsü və Qan Bankının (Mərkəzi Qan Bankı) dəstəyi ilə baş tutacaq.
“Bir Ümid Də Siz Olun” devizi altında keçiriləcək xeyriyyə aksiyasının məqsədi Vətən müharibəsi şəhid və qazilərimizin müqəddəs xatirəsini əbədi yaşatmaqdır.