Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gənclərlə görüşüb. Sumqayıt24 bu haqda İH-nin rəsmi saytına istinadən xəbər verir.
2 fevral – Gənclər Günü münasibətilə keçirilən görüşdə İcra başçısı qonaqları təbrik edib, onlara həyata keçirilən dövlət gənclər siyasətindən danışıb.
Daha sonra, Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov çıxış edərək bildirib ki, şəhərimizin gəncləri ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış edir və Sumqayıtda keçirilən tədbirlərdə fəal iştirak edirlər.
Sonda şəhərin ictimai həyatında, təhsil, mədəniyyət və idman sahəsində nailiyyətlər qazanmış bir qrup gəncə İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olunub.