Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı 4-cü mikrorayonda qəbul keçirib. Bu barədə 18 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Görüşdə icra başçısı Zakir Fərəcov, qurumun məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər. Sakinləri narahat edən məsələlər dinlənilib, müraciət və təkliflər nəzərə alınıb.
Qaldırılan məsələlərin böyük qismi yerindəcə həll olunub. Digər problemlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.