Sumqayıtın icra başçısı 9 nömrəli məktəbdə olub. Bu haqda Sumqayıt24 xəbər verir.
Zakir Fərəcov məktəbdə görülmüş işlərlə tanış olub, tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, şagirdlərə tövsiyələrini çatdırıb və dərslərində onlara uğurlar arzulayıb.
Sonra həyata keçirilən layihələr, təhsil sahəsində görülmüş işlər və əldə olunmuş nailiyyətlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda şagirdlərlə xatirə şəkilləri çəkilib.