top
Zakir Fərəcov Çinə səfər edib
15 oktyabr 2025, 00:10
- ↺ +

Zakir Fərəcov Çinə səfər edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Çin Xalq Respublikasında səfərdədir.

Sumqayit24.az xəbər verir ki, Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanla Çin arasında, xüsusilə də Sumqayıt şəhəri ilə Çin şəhərləri arasında dostluq, humanitar və iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün ölkəyə səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti Mianyang şəhərinin tərkibində olan Jiangyou şəhərinin meri ilə görüşüb. Görüşdə Sumqayıt və Jiangyou şəhərləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması, təhsil, mədəniyyət, sənaye və texnologiya sahələrində birgə layihələrin reallaşdırılması perspektivləri müzakirə olunub.

Zakir Fərəcov səfər çərçivəsində Çinin Siçuan əyalətinin Cianyou şəhərində olub. Burada o, 2008-ci ilin mayında Siçuan əyalətində baş vermiş dağıdıcı zəlzələdən sonra Azərbaycan dövlətinin göstərdiyi humanitar yardımın simvoluna çevrilən Xouba qəsəbəsindəki məktəbi ziyarət edib.

Məlumat verilib ki, həmin zəlzələ nəticəsində məktəb binası tamamilə dağılıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişi ilə Siçuan əyalətində dağıdılan məktəb yenidən inşa olunub. 2008-ci ilin dekabrında Vençuan bölgəsinin Xouba yaşayış məntəqəsində müasir tədris avadanlıqları ilə təchiz olunmuş, bütün lazımi şəraiti olan məktəb binasının inşasına başlanılıb və 2012-ci ilin fevralında layihə tam başa çatdırılıb.

Məktəbdə keçirilən görüş zamanı Zakir Fərəcov şagirdlər və pedaqoji kollektivlə səmimi söhbət aparıb, Azərbaycan xalqının dost Çin xalqına olan hörmət və ehtiramını çatdırıb. Prezident İlham Əliyevin adından məktəbə kompüterlər hədiyyə olunub. Şəhər rəhbərliyi göstərilən diqqət və qayğıya görə Prezidentə minnətdarlığını ifadə edib və nümayəndə heyəti rəhbərindən onun salamlarını çatdırmağı xahiş edib.

Nümayəndə heyəti səfər çərçivəsində Çin tarixinin ən görkəmli şairlərindən biri sayılan Li Bainin doğulduğu şəhərdə də olub. Zakir Fərəcov Li Bainin yaşadığı, hazırda muzey kimi fəaliyyət göstərən evdə olub, burada qədim Çin mədəniyyəti, poeziya ənənələri və iki xalqın mədəni irsinin oxşar cəhətləri barədə məlumat alıb.

Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfəri Azərbaycanla Çin arasında dostluq münasibətlərinin dərinləşməsinə, həmçinin humanitar və təhsil sahəsində əlaqələrin möhkəmlənməsinə xidmət edir.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
Dünən, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda ağac kəsilib yerində obyekt quraşdırılıb? - İDDİA

İdman
Dünən, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
Dünən, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Dünən, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 12:17

Sumqayıtda 5 nömrəli avtobus sakinləri cana yığıb - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Dünən, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
28 oktyabr 2026, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
28 oktyabr 2026, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
28 oktyabr 2026, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
28 oktyabr 2026, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
28 oktyabr 2026, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
28 oktyabr 2026, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
28 oktyabr 2026, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
28 oktyabr 2026, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
28 oktyabr 2026, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Oxşar xəbərlər