Sumqayıt şəhər İH-nin başçısı növbəti səyyar qəbul-görüşü keçirib. Sumqayıt24 bu haqda bu gün, 25 iyun tarixində İH-nin saytına istinadən xəbər verir.
Zakir Fərəcov vətəndaşları 3-cü mikrorayon ərazisində qəbul edib. Görüşdə sakinlərin təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib.
Məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin həlli üçün isə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.