Sumqayıtın icra başçısı H.Z. Tağıyev qəsəbəsində olub. Sumqayıt24 bu haqda 13 may tarixində DünyaTV-yə istinadən xəbər verir.
Zakir Fərəcovun iştirakı ilə Mikayıl Müşfiq parkının açılışı baş tutub. Ona burada aparılan təmir-bərpa işlərindən məlumat verilib. Sonra şəhər rəhbəri 3 nömrəli Xəstəxananı ziyarət edib. 100 illik tibb ocağının yararsız vəziyyətə düşdüyü bildirilib.
Sonda isə icra başçısı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qəsəbə üzrə filialına baş çəkib. Öz tapşırıq və tövsiyələrini verib.