Sumqayıt şəhər İH-nin başçısı növbəti səyyar qəbul-görüşü keçirib. Sumqayıt24 bu haqda bu gün, 22 iyul tarixində DünyaTV-yə istinadən xəbər verir.
Zakir Fərəcov vətəndaşları 5-ci mikrorayon ərazisində qəbul edib. Görüşdə İH-nin əməkdaşları, aidiyyəti idarələr, xidmət sahələrinin rəhbərləri və şəhər sakinləri iştirak ediblər.
Qəbulda sakinlərin təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib. Qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac duyulan bir sıra məsələlərin həlli üçün isə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.