Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov səyyar qəbul keçirib. Bu barədə 31 avqust tarixində quruma istinadən xəbər veririk.
Görüş 8-ci mikrorayon ərazisində baş tutub. Qəbulda vətəndaşların təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib. Bir sıra müraciətlər yerindəcə həll edilib. Araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə lazimi tapşırıqlar verilib.