Sumqayıtda icra başçısı səyyar qəbul keçirib. Bu barədə 22 oktyabr tarixində “Bizim Sumqayıt” Facebook səhifəsinə istinadən xəbər veririk.
Görüş Texniki və Təbiət Elmləri Liseyində baş tutub. Qəbulda icra başçısı Zakir Fərəcov sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemlərini dinləyib. Müraciətlərin böyük bir qismi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.