Sumqayıtda növbəti səyyar qəbul-görüş keçirilib. Bu barədə 24 dekabr tarixində Sumqayıt24 şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir.
Görüş 2-ci mikrorayon ərazisində yerləşən 3 nömrəli məktəbdə təşkil olunub. Qəbulda icra başçısı Zakir Fərəcov və İH-nin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Zakir Fərəcov sakinləri qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Vətəndaşların müraciətləri zamanı qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub.
Səyyar qəbuldan sonra icra başçısı adıçəkilən məktəbdə şagirdlərlə görüşüb. Görüş zamanı Z. Fərəcov məktəblilərlə səmimi söhbət edib, təhsillərində uğurlar arzulayıb.