Sumqayıtın icra başçısı Zakir Fərəcovun keçmiş kürəkəni işdən çıxarılıb. Sumqayıt24 bu haqda 13 dekabr tarixində Unikal.az-a istinadən xəbər verir.
Baş Prokurorluqda kadr islahatı olub. Baş prokuror Kamran Əliyevin əmri ilə Dövlət Təhlükəsizliyi və Sərhəd Xidməti Orqanlarının İstintaqına Nəzarət İdarəsinin rəisi Ramil Məcidov vəzifədən azad edilib.
Məlumata görə, Ramil Məcidov, həm də Göyçay rayonunun sabiq icra başçısı Mehdi Səlimzadənin oğludur.