Türkiyədəki zəlzələdə həlak olan sumqayıtlı tələbənin başdaşı müzakirələrə səbəb olub. Bu haqda 17 mart tarixində Sumqayıt24 Milli.az-a istinadən xəbər verir.
İnönü Universitetinin tələbəsi olmuş Gündüz Nəzərzadənin məzarı üzərində onun şəhid olduğu qeyd edilib. Bu hal sosial şəbəkə istifadəçiləri arasında tənqidlə qarşılanıb. Bildirilib ki, dağıntılar altında qalaraq dünyasını dəyişən biri şəhid statusunu daşıya bilməz.