Türkiyədə baş vermiş dəhşətli zəlzələdə həlak olan sumqayıtlı tələbə Hümam İsmayıllı ilə vida mərasimi baş tutur. Bu haqda 16 fevral tarixində Sumqayıt24 xəbər verir.
Mərhumun yaşadığı Corat bağlarında keçirilən mərasimdə ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, şəhər rəsmiləri və sakinlər iştirak edirlər.
Vida mərasimindən sonra H.İsmayıllı Corat qəbiristanlığında dəfn olunacaq.