Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub. Sumqayıt24 bu haqda 30 noyabr tarixində Oxu.az-a istinadən xəbər verir.
Hadisə Gənclər Şəhərciyinin yaxınlığında baş verib. Burada “BMW”, “Mercedes“, “Nissan” və digər markalı minik avtomobilləri toqquşub.
Məlumata görə, iki nəfər bədən xəsarətləri alıb. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.