H.Z. Tağıyev qəsəbəsindəki yanmış zavodun əməkdaşlarının aqibəti bəlli olub. Sumqayıt24 bu haqda BakuTV-yə istinadən xəbər verir.
Söhbət 28 aprel tarixində “Azərsun Sənaye Parkı”nda baş vermiş hadisədən gedir. Hamıda maraq doğuran “Orada çalışan əməkdaşlar işsiz qaldı?” sualına “Azərsun Holdinq”dən aydınlıq verilib.
Cavabda, yanğın nəticəsində heç kimin işsiz qalmadığı və bütün əməkdaşların işlə təmin olunduğu qeyd olunub.