Sumqayıtda köhnə düymə zavodunda yanğın olub. Sumqayıt24 bu haqda 30 oktyabr tarixində xəbər verir.
Hadisə zamanı mühafizəçi Xəqani Məmmədov huşunu itirib. Ona ilkin tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıb.
Fövqəladə Hallar Nazirlyinin Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri çağırış üzrə cəlb olunub. Alovun qarşısı alınıb.