Sumqayıtda kütləvi şəkildə dezinfeksiya və deratizasiya işləri həyata keçirilir. Sumqayıt24 bu haqda Sumqayitxeber.com-a istinadən xəbər verir.
Havanın temperaturu yüksəldikcə ziyanverici həşəratların və gəmiricilərin sayı sürətlə çoxalır. Onlar sakinlərin rahatsızlığına, natəmizliyə, eyni zamanda bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Bunu nəzərə alaraq, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən çoxmənzilli binaların zirzəmilərində, parklarda və iaşə obyektlərində qabaqlayıcı tədbirlər görülür.