Sumqayıt şəhərində təbii qazın təchizatında məhdudiyyət olacaq. Sumqayıt24 bu barədə 25 oktyabr tarixində Qaz İstismar Sahəsinə istinadən xəbər verir.
Novxanı qəsəbəsi, 16-cı mikrorayon və Yaşıl dərə yaşayış massivində 1400 abonentin təbii qaz təchizatı saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılıb.
“Azəriqaz” abonentlərindən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir.