Sumqayıt şəhərində internet kabellərinin çəkilməsi prosesi davam edir. Sumqayıt24 bu barədə 29 sentyabr tarixində xəbər verir.
İşlər 20 Yanvar küçəsinin 16-cı məhəlləyə aid olan hissəsində aparılıb. “Aztelekom”un əməkdaşları kanalizasiya quyusunun qapağını açaraq yeraltı kabel xətlərini yeniləyiblər.
Daha öncə 4-cü mikrorayon ərazisində aparılan kabelləşdirmə işləri haqda məlumat vermişdik.