Sumqayıt şəhərinin 76-cı məhəlləsinin yolları baxımsız qalıb. Bu haqda 5 aprel tarixində Sumqayıt24 xəbər verir.
Söhbət Hafiz Baxış küçəsindən gedir. Yolun hərəkət hissəsi, eləcə də piyadalar üçün nəzərdə tutulan hissə asfaltlanmayıb.
“Qışda palçıq, yayda isə toz-torpaq olur. Yağış yağandan sonra əmələ gələn gölməçələr yolu keçilməz edir. Aidiyyəti qurumlara müraciət edilib, lakin məsələ həll olunmur” - deyə sakinlər bildiriblər.