Bakı-Quba magistral yolunun Tağıyev qəsəbəsinə aid olan hissəsində təmir-bərpa işləri aparılır. Sumqayıt24 bu barədə 10 sentyabr tarixində xəbər verir.
Magistral yolun Yaşma bağları ilə H.Z.Tağıyev qəsəbəsi arasında olan hissəsində asfalt örtüyü yenilənir. Yolun Bakı istiqamətində olan hissəsinə yeni asfalt-beton örtüyü döşənib, Quba istiqamətində olan tərəfində isə asfalt qaşınır.