Corat qəsəbəsində boru partlayıb. Bu barədə 21 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Kommunal qəza Mehdi Hüseynzadə ve Qasım bəy Zakir küçələrinin kəsişməsində qeydə alınıb. Nəticədə içməli su yolboyu axıb və evlərə aşağı təzyiqlə verilib.
“Azərsu” ASC-nin əraziyə cəlb olunan əməkdaşları qısa zamanda borunu təmir ediblər. Evlərin su təchizatı tamamilə bərpa olunub.
[modula id="23577"]