H.Z. Tağıyev qəsəbəsinə gedən yolda “zebra”lar çəkilib. Sumqayıt24 bu haqda 14 aprel tarixində xəbər verir.
Xəbər verdiyimiz kimi, qəsəbə sakinləri Bakı-Quba magistralını keçən zaman təhlükə ilə üzləşirdilər. Bu səbəbdən "Azəravtoyol"un əməkdaşları yol boyunca 4 piyada keçidi zolağı çəkib və müvafiq nişanlar quraşdırıblar.