Koroğlu prospektinin təmirinə başlanılıb. Sumqayıt24 bu haqda 29 aprel tarixində xəbər verir.
İşlər bir neçə gün öncə start götürüb. Məsul qurumun əməkdaşları yolun “Dədə Qorqud” restoranından “Əşya bazarı”nadək olan hissəsini xüsusi texnika vasitəsilə qazıblar. Növbəti mərhələdə ərazi asfaltlanacaq.