Sumqayıtda yol təmir edilib. Sumqayıt24 bu haqda 6 may tarixində xəbər verir.
İşlər Koroğlu prospektində aparılıb. Küçənin “Dədə Qorqud” restoranından Azərbaycan prospektinədək olan hissəsində asfalt örtüyü yenilənib. Həmçinin piyadaların təhlükəsiz hərəkəti üçün piyada keçidi zolaqları çəkilib.