Sumqayıt şəhərində piyada zolağı yenilənib. Sumqayıt24 bu barədə 12 sentyabr tarixində xəbər verir.
Şəhərin Azərbaycan prospektində, Mərkəzi poçtun qarşısında nişanlanma xətləri rənglənib. Boyama işləri “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi tərəfindən aparılıb.
Daha öncə təhsil müəssisələrinin önündəki piyada zolaqlarının yenilənməsi haqda məlumat vermişdik.