Sumqayıtda kanalizasiya borusu yenilənib. Sumqayıt24 bu barədə 20 sentyabr tarixində Dünya TV-yə istinadən xəbər verir.
Şəhərin Sənaye məhəlləsində 83 metr istismara yararsız boru yenisi ilə əvəzlənib. Təmir işləri Sumqayıt Sukanal İdarəsi tərəfindən aparılıb.