Saray qəsəbəsinin sakinləri mərkəzi kanalizasiya sisteminin olmamasından əziyyət çəkirlər. Bu barədə 20 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Problem şəhid Hətəmxan Quliyevin adını daşıyan küçədə yaşanır. Mərkəzi sistem olmadığından bütün çirkab sular həyətlərdə qazılmış quyulara dolur. Buna görə də ətrafa pis qoxu yayılır. Quyuların təmizlənməsi üçün hər ay xüsusi texnika çağırılır, bu isə vətəndaşların büdcəsinə ciddi ziyan vurur.
“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı RealTV-yə açıqlama verib. O bildirib ki, həmin ərazidə kanalizasiya sisteminin qurulması növbəti illərdə nəzərdə tutulub:
“2023-cü ildə dövlət büdcəsindən vəsaitin ayrılacağı təqdirdə, biz Saray qəsəbəsində kanalizasiya layihələrinin icrasını davam etdirəcəyik”. [modula id="23483"]