Sumqayıtda şagirdlər məktəbə gedərkən təhlükə ilə üzləşirlər. Sumqayıt24 bu barədə 26 sentyabr tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
Problem "Stansiya Sumqayıt" və Dəmir yolunun yük həyəti adlanan qəsəbə sakinlərini narahat edir. Onların övladları hər gün 42 saylı məktəbə dərsə gedirlər. Bu zaman uşaqlar Bakı-Quba yolunu keçməli olurlar. Yüksək sürətlə hərəkət edən avtomobillər isə ölümcül təhlükə saçır.
Qeyd edək ki, ərazidə 600-ə yaxın ailə yaşayır. Onlar aidiyyəti qurumlardan məsələnin həlli üçün kömək istəyirlər.